XƏBƏRLƏR / İdman

Serxio Peresin Bakıdakı qəzasına görə atasını infarkt vurub

O, Meksikadakı evinin hamamında huşsuz vəziyyətdə tapılıb

Serxio Peresin Bakıdakı qəzasına görə atasını infarkt vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Meksikalı Formula 1 pilotu Serxio Peresin atası, 65 yaşlı Antonio Peres Qaribay oğlunun Azərbaycan Qran Prisində keçirdiyi qəzadan sonra infarktdan əvvəl xəstəxanaya yerləşdirilib.

    Ata Peres Bakıda yarışdan az sonra Meksikadakı evinin hamamında huşsuz vəziyyətdə tapılıb. İndi onun həyatı üçün təhlükə yoxdur.

    Bakı mərhələsində podiuma iddialı olan Serxio Peres (Red Bull) yarışın sonunda Ferrari komandasının sürücüsü Karlos Saynsla toqquşub və yarışdan çıxıb.