Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb.
Qurumun mətbuat xidməti xəbər verir ki, siyahıda yeddi şəxsin adı yer alıb.
Namizədlərin adlarını təqdim edirik:
Feysəl ibn Hüseyn (İordaniya)
Sebastyan Kou (Böyük Britaniya)
Kirsti Koventri (Zimbabve)
Xuan Antonio Samaranç (İspaniya)
Yohan Eliaş (İsveç)
David Lappartyen (Fransa)
Morinari Vatanabe (Yaponiya)
Qeyd edək ki, ötən ay BOK-un hazırkı prezidenti Tomas Baxın yenidən təşkilata rəhbərlik etməyəcəyi dəqiqləşib. O, 2013-cü ildən komitəyə rəhbərlik edir.
Qurumun prezident seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.