10:58
Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı konkisürən Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib.
Bu barədə Aleksandr Plyuşenko "Sport-Express"ə özü deyib.

"Mən rusam və qalıram. Mənə beş il müddətinə Azərbaycan idman vətəndaşlığı verildi. Ümid edirəm ki, iki ölkəni beynəlxalq arenada ləyaqətlə təmsil edə və atamın akademiyasına şöhrət gətirə bilərəm. İnanıram ki, Rusiya və Azərbaycan qış idman növlərini güclü şəkildə inkişaf etdirəcəklər".
Xatırladaq ki, Aleksandr Plyuşenko fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur. A.Plyuşenko atası ilə birlikdə buz şoularında iştirak edir. O, 2017-ci ildən "Plyuşenkonun mələkləri" akademiyasında məşğul olur.
***
21 may 2026-cı il
17:22
Rusiyada "Qnom Qnomıç" kimi tanınan Aleksandr Plyuşenko Azərbaycan milli komandasında yarışacaq.
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycan milli komandasında yarışacaq.
"Rusiya Fiqurlu Konkisürmə Federasiyası Aleksandr Plyuşenkonun Azərbaycan milli komandasına keçidini təsdiqləyib", - deyə mənbə TASS-a bildirib.

Aleksandr Plyuşenkonun 13 yaşı var. O, atası ilə birlikdə buz şoularında iştirak edir. 2017-ci ildən bəri konkisürən "Plyuşenko Mələkləri" Akademiyasında məşq edir.
Daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan milli komandasına keçidini təsdiqləyib.

2025-ci ilin may ayında Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (RFSFKR) İcraiyyə Komitəsi Jilinanın Azərbaycan milli komandasına keçidini rədd edib. Lakin indi bu təsdiqlənib.
Jilina 18 yaşındadır və Yevgeni Plyuşenkonun yetirməsidir.
1 dəqiqə