XƏBƏRLƏR / İdman

Ümumdünya Şahmat Olimpiadası: Yığmamızın növbəti görüşü

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq

Ümumdünya Şahmat Olimpiadası: Yığmamızın növbəti görüşü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcək.

    Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv VI turda Litva ilə üz-üzə gələcək.

    Kapitanı Mixail Şereşevski olan qadın millisi isə Vyetnamla qarşılaşacaq.

    Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk beş turda İordaniya, Finlandiya, Moldova və Monteneqronu məğlub edib, Hindistana uduzub.

    Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraqua, Sloveniya və Avstraliyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçəyə razılaşıb.

    Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.