XƏBƏRLƏR / İdman

Ərdoğan oyundan sonra Arda Gülərlə danışıb

Bu barədə Türkiyə mətbuatı xəbər verir

Ərdoğan oyundan sonra Arda Gülərlə danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa çempionatının qrup mərhələsində Gürcüstan yığması ilə oyunda qələbə çalandan sonra Türkiyə Prezidenti R.T.Ərdoğan millinin üzvü Arda Gülərlə telefonla danışıb.

    Xatırladaq ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

    Türkiyə milliisinin futbolçusu Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb. "Real"ın (Madrid) üzvü qitə turnirləri tarixində ilk oyununda qol vuran ən gənc oyunçu (19 yaş 114 gün) olub.