XƏBƏRLƏR / İdman

Erməni məşqçi Bakıda necə qarşılandığından razı qalib

Rusiyalı UFC döyüşçü Şara Bulletin məşqçisi Qor Əzizyan şagirdi ilə birlikdə Bakıya gəlib

Erməni məşqçi Bakıda necə qarşılandığından razı qalib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyalı UFC döyüşçü Şara Bulletin məşqçisi Qor Əzizyan şagirdi ilə birlikdə Bakıya gəlib.

    "Artıq Şara ilə birlikdə Bakıdayıq. Mənə də icazə verildi, Tanrıya şükür, hər şey yaxşıdır. Hörmətlə qarşıladılar, hər şey yaxşıdır.
    Əhval-ruhiyyəmiz əladır, döyüşməyə hazırıq. Təhlükəli, güclü bir rəqiblə qarşılaşacağıq. Amma yenə də Şara daha çox sürətə və daha çox döyüş zəkasına malikdir. Yaxşı bir döyüş gözləyirik", - Qor Əzizyan Instagram-da yazıb.

    Səfərdən əvvəl sosial şəbəkələrdə erməni istifadəçiləri Эzizyanı Azərbaycana getdiyi üçün qınayıblar və onu hətta satqın adlandırıblar.

    Əzizyan isə bədhaqlara belə cavab verib:

    "Mən niyə Bakıya getməyim ki? UFC turnir keçirir. Mən heç bir səhv etməmişəm. Narahat olmağa əsasım yoxdur. Doğrudanmı, ermənilər məni satqın və ya xalq düşməni adlandıracaqlar deyə, döyüşçümü tək qoymalıyam? Müharibə bitdi.
    Bütün bu söhbətlərə son qoymağın vaxtıdır. Biz dost olmalıyıq. Savaşmaq istəyənlər qoy savaşsınlar. Mənə müharibə lazım deyil”.

    Əzizyan sosial mediada Bakıdan foto və videolar paylaşıb.

    Qeyd edək ki, İyunun 27-də UFC turniri Bakıda Milli Gimnastika Arenasında keçiriləcək.