XƏBƏRLƏR / İdman

Erməni güləşçi: Azərbaycana təşəkkür etmək istəyirəm

Bunu 71 kq çəki dərəcəsində qızıl medal qazanan Canes Nazaryan bildirib

Erməni güləşçi: Azərbaycana təşəkkür etmək istəyirəm
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dünya Çempionatını belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür etmək istəyirəm.

    Bunu jurnalistlərə Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Canes Nazaryan bildirib.

    Onun sözlərinə görə, turnir iştirakçıları Azərbaycan paytaxtında çox yüksək səviyyədə qarşılanıblar.

    "Əhval-ruhiyyəmiz çox yaxşıdır. Yarış yüksək səviyyədə təşkil olunmuşdu və iştirakçılar kifayət qədər güclü idilər. Təşkilatçılara və çempionata hazırlaşmağa kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Rəqiblərim çox güclü idi. Deyə bilmərəm ki, onlar arasında zəiflər var idi - əksinə, hamı yaxşı hazırlaşmışdı. Amma mən daha yaxşı çıxış edib yaxşı nəticə əldə edə bildim", - Nazaryan deyib.

    O, qeyd edib ki, Bakıda həm təşkilatçılar, həm də hökumət tərəfindən isti qarşılanıb. "Hər şey yaxşı idi. Bizi çox yaxşı qarşıladılar", - idmançı əlavə edib.