XƏBƏRLƏR / İdman

"Qarabağ" Polşada Kiyev "Dinamo"suna uduzdu

Matç UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsindədir

"Qarabağ" Polşada Kiyev "Dinamo"suna uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 23:00
    Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxıb.

     Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olub.

    Matç meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Hesab erkən açılıb. Oyunun gedişində hesab dəyişməyib - 0:1.

    ***

    09:33
    "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

    Qarşılaşma Polşadakı "Lublin Arena"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

    Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.

    Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.