UEFA Çempionlar Liqasının VI turunun ilk nəticələri
İlk oyun günündə doqquz qarşılaşma baş tutub
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün start verilib.
İlk oyun günündə doqquz qarşılaşma baş tutub.
Türkiyənin "Qalatasaray" klubu Fransa təmsilçisi "Monako"ya məğlub olub.
"Atalanta" doğma meydanda "Çelsi"dən üstün olub.
Əvəzində digər ingilis klubu "Liverpul" digər İtaliya təmsilçisi "İnter"i səfərdə məğlub edib.
"Barselona" Frankfurt "Antraxt"ını üstələyib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
9 dekabr
"Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan) 0:1
"Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya) 3:1
"Atalanta" (İtaliya) - "Çelsi" 2:1 (İngiltərə)
"Barselona" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 2:1
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) 0:1
"Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0
PSV (Niderland) - "Atletiko" (İspaniya) 2:3
"Yunion" (Belçika) - "Marsel" (Fransa) 2:3
"Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya) 3:0
İlk oyun günündən sonra "Qarabağ" 21-ci yerə enib.
Bu gün ağdamlılar Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Hollandiyanın "Ayaks" komandası ilə qarşılaşacaq.
Bakı, Tofiq Bəhramov adına stadion. 21:45
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
1 dəqiqə