XƏBƏRLƏR / İdman

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib

IFFHS-nin rəsmi saytı xəbər verir

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yeniləyib.

    IFFHS-nin rəsmi saytı xəbər verir ki, “Qarabağ” yeni açıqlanan siyahıda 3 pillə geriləyib. Ötən reytinqdə 65-ci olan Ağdam təmsilçisi hazırda 68-ci sırada qərarlaşıb.

    Azərbaycanın digər klubları - "Sabah" 276-cı yerdən 252-yə, "Zirə" 387-ci sıradan 360-cı pilləyə irəliləyib. 96 sıra geriləyən “Araz-Naxçıvan" isə hazırda 486-cıdır.

    Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu başçılıq edir.