XƏBƏRLƏR / İdman

Çempionlar Liqası: Bu gün "Qarabağ" "Ayaks"la qarşılaşacaq

Turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci pillədədir, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.

Çempionlar Liqası: Bu gün "Qarabağ" "Ayaks"la qarşılaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

    Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

    Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

    Turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.