XƏBƏRLƏR / İdman

"Sabah" Danimarkada “Orxus”a 1:2 hesabı ilə uduzdu

Cavab oyunu avqustun 11-də Masazırda baş tutacaq

"Sabah" Danimarkada “Orxus”a 1:2 hesabı ilə uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:00

    Azərbaycanın "Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarka təmsilçisi "Orxus"a məğlub olub.

    Səfərdə keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    "Orxus"un qollarını Ceyms Boqere oyunun 31-ci və 63-cü dəqiqələrində vurub.

    "Sabah"ın yeganə qoluna isə 67-ci dəqiqədə Velko Simiç imza atıb.

    Tərəflər arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

    ***

    20:06

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka) - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.

    Bu barədə Bakı klubundan məlumat verilib.

    Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.

    Qeyd edək ki, "Orxus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.

    ***

    15:54

    Bu gün Azərbaycanın "Sabah" klubu Çempionlar Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirəcək.

    Valdas Dambrauskasın yetirmələri səfərdə Danimarka “Orxus”u ilə qarşılaşacaq.


    20:30 AARHUS (Danimarka) vs. Sabah (Azərbaycan)


    "Randers" Stadionu. Baş hakim: Rade Obrenoviç (Sloveniya).


    Orxus (ehtimal olunan heyət): Mads Kristiansen, Frederik Tinqager, Jonas Censen-Abbeau, Erik Kahl, Jens Jonsson, Magnus Knudsen, Frederik Emmery, Mikael Andersson, Christian Arnstad, James Bogere, Tobias Beck.

    Baş məşqçi: Yakub Poulsen.


    Sabah (ehtimal olunan heyət): Stas Pokatilov, Stiv Solvay, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puhaç, İvan Lepinitsa, Umarəli Rəhmonəliyev, Aleksey İsayev, Kahim Parris, Velko Simiç, Joy-Lans Mikkels.

    Baş məşqçi: Valdas Dambrauskas.

    Komandalar arasında cavab oyunu avqustun 11-də Masazırda baş tutacaq.