XƏBƏRLƏR / İdman

"Qarabağ" Bolqarıstanın ÇSKA komandasına uduzdu

"Neftçi" və "Zirə" avrokuboklarla vidalaşdılar

"Qarabağ" Bolqarıstanın ÇSKA komandasına uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 00:57

    Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

    Ağdam klubu səfərdə Bolqarıstanın ÇSKA komandasının qonağı olub.

    Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda oynanılan matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. İlk matçda da qolsuz bərabərlik qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən Sofiya təmsilçisi növbəti raunda yüksəlib.

    "Qarabağ" isə yoluna Konfrans Liqasında davam edəcək. III təsnifat mərhələsində rəqibdir Ukrayna nəhəngi "Dinamo" (Kiyev) olacaq.

    ***

    30 iyul 2026-cı il

    22:59

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” və Azərbaycanın “Neftçi” komandaları arasında cavab oyunu başa çatıb.

    Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçirilən görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 12-ci dəqiqədə Breno Almeyda vurub.

    Minsk təmsilçisi Bakıdakı ilk matçda 4:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə keçən tərəf olub. Bununla da Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv avrokuboklarla vidalaşıb.

    ***

    21:55

    Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II təsnifat mərhələsində cavab oyununa çıxıb.

    Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hesabı 5-ci dəqiqədə "qartallar"ın heyətində Eren Aydın açıb. 71-ci dəqiqədə rəqibin heyətində Henri Anyer tarazlığı bərpa edib.

    "Payde" ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün adını növbəti raunda yazdırıb. Rəşad Sadıqovun komandası isə avrokuboklarla vidalaşıb.