XƏBƏRLƏR / İdman

“Qarabağ”dan ayrılan Nəriman ABŞ-da oynayacaq YENİLƏNİB

Bu barədə yerli mətbuat xəbər yayıb

“Qarabağ”dan ayrılan Nəriman ABŞ-da oynayacaq YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Nəriman Axundzadənin “Qarabağ”dan ayrılacağı qətiləşməsi barədə müxtəlif məlumatlar gəzir.

    22 yaşlı hücumçu karyerasını ABŞ-da - MLS təmsilçisi “Kolambus Kru” klubunda davam etdirəcək. 

    Tezliklə tərəflər arasında müqavilə imzalanacaq.

    “Qarabağ”ın bu sövdələşmədən nə qədər qazanacağı hələlik bəlli deyil.

    Başqa bir məlumata görə söhbət "Orlando Siti" klubundan gedir. Axundzadənin transferi amerikalılara 1,2 milyon dollara başa gələcək. Futbolçunun özü ABŞ-a uçmaq üçün Amerika vizasını gözləyir.

    Qeyd edək ki, Nərimanın ABŞ-da oynayacağına dair ilk xəbəri "Qarabağ" klubu hələ nə təkzib, nə də təsdiq etməyib.