XƏBƏRLƏR / İdman

DÇ-2026: Ukrayna millisi Azərbaycan yığmasına qalib gəlib

Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olub

DÇ-2026: Ukrayna millisi Azərbaycan yığmasına qalib gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirib.

    Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olub. Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.