"Qarabağ" heyətini fransız oyunçu ilə gücləndirir
Klub fransız müdafiəçi Jeremy Nyalinin transferini açıqladı
"Qarabağ" Futbol Klubu fransız müdafiəçi Jeremy Nyalinin transferini açıqladı.

O, 60 oyun keçirdiyi Kipr AEK klubundan Azərbaycan çempionuna qoşulub.
23 yaşlı sol cinah müdafiəçisi əvvəllər Fransanın "Metz" klubunun gənclər və ikinci komandalarında, eləcə də İspaniyanın "Tarazona" və "Melilla" klublarında da oynayıb.
1 dəqiqədən az