XƏBƏRLƏR / İdman

AVRO-2024: Bu gün ikinci finalçı məlum olacaq

Niderland və İngiltərə komandaları görüşəcək

AVRO-2024: Bu gün ikinci finalçı məlum olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

    Yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.

    İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.

    Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.