İspaniya Dünya Kubokunun ilk finalçısı oldu
İspaniya millisi Fransa yığmasına 2:0 hesabı ilə qalib gəldi
Futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib
Futbol üzrə dünya çempionatının yarımfinalında Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.
Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.
İspaniya millisinin finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.
1 dəqiqədən az