XƏBƏRLƏR / İdman

Balabəy Ağayev “Böyük Dəbilqə”də çempion olub

Fransanın paytaxtı Parisdə prestijli cüdo yarışı keçirilir YENİLƏNİB

Balabəy Ağayev “Böyük Dəbilqə”də çempion olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 00:57

    Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

    Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.

    Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

    Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

    Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

    ***

    2026-02-07 19:55

    Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

    Bu gün Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

    60 kq çəki dərəcəsində Balabəy Ağayev həlledici görüşə yüksəlib. 27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

    Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.