XƏBƏRLƏR / İdman

"Neftçi" bu gün "Beşiktaş"la qarşılaşacaq

Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək

"Neftçi" bu gün "Beşiktaş"la qarşılaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün "Neftçi" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

    "Ağ-qaralar" bu raundun ilk duelində Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.

    "Neftçi Arena"da keçiriləcək görüş 21:00-da başlayacaq. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

    Murad Musayevin baş məşqçi olduğu "Sabah" isə Bakıda Serbiyanın "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

    III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.