Azərbaycan-Macarıstan yığmalarının oyununa maraq çox azdır
Yoldaşlıq oyunu bu gün Mərdəkan kəndindəki "Liv Bona Dea Arena"da keçiriləcək

Futbol üzrə Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq oyunu yerli azarkeşlər üçün o qədər də maraqlı deyil.
Bu gün, oyun günü təşkilatçılar 2,6 mindən bir qədər çox biletin olduğunu bildirmişdilər, halbuki Mərdəkan kəndindəki "Liv Bona Dea Arena"nın tutumu 6,5 min tamaşaçıdır.
Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.