"Qarabağ" belçikalı "Gent"ə qalib gəldi
Ağdam klubu Konfrans Liqasının pley-off mərhələsində ilk qələbəsini qazanıb
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.
Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.
Oyunun ilk hissəsi qolsuz başa çatıb.
İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.
Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.
Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb.
Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.
Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.