XƏBƏRLƏR / İdman

"Qarabağ" "Qəbələni" darmadağın etdi

Növbəti mərhələdə “Qarabağ” çempionluğu təmin edə bilər

"Qarabağ" "Qəbələni" darmadağın etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qurban Qurbanovun komandası 3:0 hesabı ilə böyükhesablı qələbə qazanaraq növbəti çempionluğun bir addımlığındadır.

    Hesabı 43-cü dəqiqədə Elvin Cəfərquliyev açıb. İkinci hissədə isə Abdella Zubir (75-ci dəqiqə) və Ramil Şeydayev (84-cü dəqiqə) fərqləniblər.

    Növbəti mərhələdə “Qarabağ” çempionluğu təmin edə bilər. Bunun üçün “Səbail”i səfərdə məğlub etmək lazımdır.

    “Qəbələ” isə Konfranslar Liqasına vəsiqə verə biləcək 4-cü yer uğrunda mübarizənin davamını gözləyir.

    33-cü turun daha dörd oyununun nəticələrini xatırladaq: “Kəpəz” – “Sabah” – 0:3, “Şamaxı” – “Zirə” – 0:3, “Turan-Tovuz” – “Neftçi” – 4:0, “Sumqayıt” – “Səbail” – 1:3.