XƏBƏRLƏR / İdman

"Qarabağ" sabah Belçikanın “Gent” futbol klubunu qəbul edir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ərəfədə mətbuat konfransı keçirib

"Qarabağ" sabah Belçikanın “Gent” futbol klubunu qəbul edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında Konfrans Liqasının 1/16 final mərhələsinin sabah Belçika “Gent”inə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab oyunu bir həftə sonra Gentdə baş tutacaq.

    Qurban Qurbanov: “Bizi çox vacib oyun gözləyir. - İkinci dəfə pley-offda oynayacağıq. Çalışacağıq ki, hər bir detaldan düzgün istifadə edək. "Gent"də 90 dəqiqə pressinqi bacaran sürətli oyunçular var. "Gent" də çox risk etdiyi üçün bəzi risklərə getməli olacağıq. Hər zonada diqqətli olmaq və cavab oyunu haqqında düşünmək lazımdır. Sabah azarkeşləri sevindirməyə çalışacağıq.

    Sabah doğma meydanda üstünlüyü əldə edəcəyik, azarkeşlərimizin dəstəyi ilə oynayacağıq. Məni nə narahat edir? Belə problemlər yoxdur. Amma sadəcə olaraq komanda mənim istədiyim qədər hazır deyil. Ancaq bunun bizə problem yaradacağını düşünmürəm. Əvvəlki oyunlardan da güclü oynayacağımızı gözləyirəm. İstədiyimiz forma səviyyəsinə çatana qədər.

    Yeni oyunçularımız hələ 90 dəqiqə oynamağa o qədər də hazır deyillər. Amma ümumilikdə komandaya uyğunlaşıblar. Yeni gələn futbolçular əvvəlcə bir az utancaq idilər, bizim mentalitetimizə öyrəşməmişdilər. Bununla belə, günü-gündən özlərini daha yaxşı hiss edirlər. İndi işə qəbul olunanların tam hazır olması qalır. Onlardan kimsə əvəzedici kimi oyuna daxil ola bilər.