“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalı
"VMF" şirkətinin təsisçisi Vahid Mustafayev fəxri qonaq qismində iştirak edib
Şəki şəhərində “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalı keçirilib.
Festivalın təntənəli açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilə yanaşı, "VMF" şirkətinin təsisçisi Vahid Mustafayev fəxri qonaq qismində iştirak edib.

Vahid Mustafayev öz nitqində şahmatın insanın analitik təfəkkürünü və strateji düşüncəsini inkişaf etdirmək rolundan bəhs edərək deyib:

"Şahmat sadəcə bir oyun deyil, böyük bir strategiya və iradə mübarizəsidir. Şirkət olaraq biz hər zaman intellektual layihələri, gənclərin zəka inkişafını dəstəkləməkdən qürur duyuruq. Bu gün burada dünyanın fərqli ölkələrindən gələn yüzlərlə şahmatçını görmək fərəhləndiricidir. Bütün iştirakçılara bu gərgin mübarizədə uğurlar arzulayıram".
Çıxışların ardınca rəsmi Vahid Mustafayev digər fəxri qonaqlarla birlikdə şahmat taxtası arxasına keçərək turnirin rəmzi ilk gedişini edib və beynəlxalq yarışa rəsmən start verib.

Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin bu mühüm mərhələsində 10-a yaxın ölkədən 400-dən çox şahmatçı mübarizə aparıb.
2 dəqiqə