"Qarabağ"ın fransız hakim problemi
Finlandiyanın "HİK" klubu ilə ağdamlıların görüşünü fransalı Villi Delajo idarə edəcək
Bu gün Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.
Qurban Qurbanovun komandası səfərdə Finlandiya HİK-i ilə qarşılaşacaq.
Helsinkidəki "Bolt Arena" stadionunda oyunu fransız hakim Villi Delajo idarə edəcək.
Azarkeşlərin bir qismi fransızların ənənəvi "erməni məhəbbəti" və antitürk mövqeyini nəzərə alaraq hakimin "Qarabağa" qarşı qərəzli mövqeyindən ehtiyyatlanırlar. Onlar bu barədə sosial şəbəkələrdə geniş müzakirə açıblar. Bəzi azarkeşlər Qurban Qurbanovun komandasına ehtiyatlı və səliqəli oynamağı tövsiyə edir. UEFA-nın statistikasına görə 30 yaşlı Villi Delajo hər oyunda 4-7 sarı və 1-2 qırmızı kart verir və sərt hakim kimi tanınır.
Hər halda hər şey ağdamlıların oyunundan və nizam-intizamlarından asılıdır. "Qarabağ"a uğurlar diləyirik!
Xatırladaq ki, birinci oyunda "Qarabağ" 2:1 hesabı ilə HİK-ə qalib gəlmişdi.