XƏBƏRLƏR / İdman

“Zirə” “Osiyek”i məğlub edib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsidir

“Zirə” “Osiyek”i məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında oyun başa çatıb.

    Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan təmsilçimiz adını pley-off mərhələsinə yazdırıb - 2:1.

    İlk görüş 1:1 hesablı bərabərliklə bitmişdi.

    Qeyd edək ki, pley-off mərhələsindəki rəqibimiz Kiprin "Omoniya" komandası olacaq.