“Qarabağ” növbəti transferini reallaşdırıb
Zakariya Savo karyerası ərzində İsveçin “BK Olimpik”, “Oskarshamns” və Norveçin “Start” klublarında oynayıb
"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib.
Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakariya Savo ilə 3 illik müqavilə imzalayıb.
Mərkəz hücumçusu müqavilə ilə İsveçin “Yurqorden” klubuna məxsus olub. O, cari ilin yanvar ayından Kiprin AEL (Limassol) klubunda icarə əsasında çıxış edib.
Zakariya Savo karyerası ərzində İsveçin “BK Olimpik”, “Oskarshamns” və Norveçin “Start” klublarında oynayıb.
"Qarabağ" bunadək fransalı vinger Jali Muaddibi transfer edib.
1 dəqiqədən az