XƏBƏRLƏR / İdman

"Sabah" UEFA Avropa Liqasında mübarizəni dayandırıb

Qarşılaşma Sloveniyanın Selye şəhərindəki eyniadlı stadionunda baş tutub

"Sabah" UEFA Avropa Liqasında mübarizəni dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” I təsnifat mərhələsində cavab oyununa çıxıb.

    Baş məşqçisi Valdas Dambrauskas olan komanda Sloveniyanın “Selye” kollektivinin qonağı olub. “Selye” stadionunda keçirilən görüş 120 dəqiqə davam edib və 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

    Komandalar arasında Bakıda keçirilən ilk matçda rəqib 3:2 hesablı qələbə qazandığı üçün növbəti raunda vəsiqə qazanıb.

    "Sabah" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək. Komanda II mərhələdə Moldova təmsilçisi "Petrokub"la üz-üzə gələcək.