Ronaldo ilk dəfə Səudiyyə Ərəbistanı çempionu oldu
Bu barədə Səudiyyə mediası xəbər yayıb
Kriştiano Ronaldo 3,5 ildən sonra ilk titulunu qazanaraq Səudiyyə Ərəbistanı çempionu oldu.
Heyətində portuqaliyalı futbolçunun olduğu "Əl-Nəsr" komandası 2025/26 mövsümün finalında "Damak" klubunu 4-1 hesabı ilə məğlub edərək Səudiyyə Ərəbistanı Pro Liqasının qalibi olub. Qolların ikisini Ronaldo vurub.
41 yaşlı hücumçu bu mövsüm 28 qola imza atıb və bombardirlər siyahısında üçüncü yerdədir.
"Əl-Nəsr" sonuncu dəfə 2019-cu ildə Səudiyyə Ərəbistanı çempionu olub.
1 dəqiqədən az