XƏBƏRLƏR / İdman

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

YENİLƏNİB

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 00:45

    Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" ilk yoxlama oyununa çıxıb.

    Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925” klubu ilə qarşılaşıb.

    Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunan görüş rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 sınaq matçı keçirəcək. Ağdam təmsilçisi Ukrayna klubu ilə oyundan dörd gün sonra Niderland “Tvente”si ilə iki görüşə çıxacaq. İyulun 15-də baş tutacaq son qarşılaşma isə Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq.

    ***

    10:49

    Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

    Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925” klubu ilə qarşılaşacaq.

    Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.