XƏBƏRLƏR / İdman

"Qarabağ" bu gün sonuncu yoxlama matçını keçirəcək

Oyun Avstriyada baş tutacaq

"Qarabağ" bu gün sonuncu yoxlama matçını keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.

    Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək.

    Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.