MDB Oyunları:Azərbaycan üzgüçüləri daha 2 medal əldə ediblər
Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında daha 2 medal qazanıblar.
Qızların 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında Mehri Əbdürrəhmanlı və Anstasiya Qnussina fəxri kürsüyə qalxıblar. Onlar müvafiq olaraq, 2 və 3-cü yerləri tutublar.
Bu gün, həmçinin Oktay Hüseynov 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında gümüş medala sahib çıxıb.