XƏBƏRLƏR / İdman

"Neftçi" mübarizəni dayandırdı

"Beşiktaş Arena"da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb

"Neftçi" mübarizəni dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

    Flaqman Türkiyədə "Beşiktaş"ın qonağı olub. "Beşiktaş Arena"da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

    İlk hissədə yaxşı təsir bağışlayan Bakı klubu bunun məntiqi nəticəsi olaraq hesabı açıb. 36-cı dəqiqədə Emin Mahmudov sağ cinahdan iti bucaq altında qapını dəqiq nişan alıb. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

    Fasilədən sonra təzyiqi artıran "qara qartallar" geridönüş edə biliblər. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar əla zərbə ilə tarazlığı bərpa edib. 71-ci dəqiqədə isə "Neftçi" müdafiəçilərinin səhvindən yararlanan Cekson Muleka "Beşiktaş"a qələbə qazandıran qola imza atıb.

    Bu komandalar arasında Bakıda keçirilmiş ilk matçda da Türkiyə təmsilçisi qalib gəlib - 3:1. Beləliklə, iki görüşün nəticəsinə əsasən "Beşiktaş" adını pley-offa yazdırıb. "Neftçi" isə avrokuboklarda vidalaşıb.