XƏBƏRLƏR / İdman

"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirildi

Qarşılaşma əvvəlcə Bakı vaxtı ilə saar 21:00-a planlaşdırılmışdı

"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

    Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

    Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.