XƏBƏRLƏR / İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

Nyon şəhərində UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveçrənin Nyon şəhərindəki Futbol Evində UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

    Azərbaycanın “Qarabağ” klubunun rəqibləri məlum olub.

    Qurban Qurbanovun komandası “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. Malta və Cəbəllütariq çempionları iyulun 9-10 və 16-17-də üz-üzə gələcək.

    2-ci turun oyunları 23/24 və 30/31 iyul tarixlərində keçiriləcək. Ağdam klubu ilk oyunu səfərdə keçirəcək.

    “Qarabağ” klubu 3-cü qrupda yer alıb. Qrupda ağdamlılardan başqa

    - İsrailin Maccabi Tel Aviv FC komandası,
    - Slovakiyanın ŠK Slovan Bratislava və Makedoniyanın FC Struga klublarının qarşıdurmasının qalibi,
    - Litvanın FK Panevėžys və Finlandiyanın HJK Helsinki klubları görüşünün qalibi yer alacaqlar.