Messi Dünya Çempionatlarının yeni rekordunu vurdu
Argentina millisinin lideri Avstriya yığmasına iki qol vurdu
Messi növbəti dəfə Argentinaya qələbə qazandırıb.
Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi Avstriya yığmasına 2:0 hesabla qalib gəlib.
Qolları yığmanın lideri və kapitani Lionel Messi vurub. O, penalti şansını itirsə də, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.
Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) qabaqlayıb.
1 dəqiqədən az