23:05
Bakıda keçirilən UFC turnirində gecənin əsas döyüşü başlayıb.
Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.

Görüş Rafael Fiziyevin qələbəsi ilə yekunlaşıb.


***
21:57
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
Əsas kartın növbəti döyüşündə Azərbaycan təmsilçisi oktaqona çıxıb.
Yüngül çəki dərəcəsində Nazim Sadıxov Braziliyadan olan Mateus Kamilo qarşılaşıb.
Təmsilçimiz ilk raunda aktiv başlayıb. Lakin hissənin ortalarında Kamilo nakautla qələbə qazanıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

***
21:40
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas döyüşlər davam edir.
Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən olan Çarlz Consonla qarşılaşıb.
Görüş Asu Almabayevin qələbəsi ilə yekunlaşıb.
***
21:19
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.
Bu dəfə Rusiya təmsilçisi İkram Aliskerov (84,36) braziliyalı Bruno Ferreyra (83,91) ilə üz-üzə gəlib.
Orta çəkidəki döyüşdə İ. Aliskerov qələbə qazanıb. O, üç raundun yekununda rəqibini üstələyib.
***
20:45
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas döyüşlər start götürüb.
Almaniyadan olan Abus Maqomedov (84,14) polşalı Mixal Olekseyçukla (84,36) qarşılaşıb.
Görüş birinci raundda A. Maqomedovun qələbəsi ilə başa çatıb.
***
10:53
Bu gün Bakıda UFC (Ultimate Fighting Championship - "Mütləq Döyüş Çempionatı") turniri keçiriləcək.
Tədbir Milli Gimnastika Arenasında baş tutacaq. İlkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da start götürəcək.
Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Əsas döyüşlər:
Rafael Fiziyev - Manuel Torres
Şara Bullet - Mişel Pereyra
Nazim Sadıxov - Mateus Kamilo
Asu Almabayev - Çarlz Conson
İkram Aliskerov - Brunu Ferreyra
Abusupyan Maqomedov - Mixal Olekseyçuk
İlkin döyüşlər:
Fərrux Həsənov - Erik Nolan
Abdul-Rahman Yəhyayev - Culius Uoker
Nursulton Ruziboyev - Andrey Pulyaev
Kaan Ofli - Xavyer Reyes
Daniil Donçenko - Teodor Berqqren
Bekzat Almaxan - Jan Matsumoto
Tahir Abdullayev - Cefferson Nasimento
2 dəqiqə