XƏBƏRLƏR / İdman

AVRO-2024: Qrup mərhələsinin II turunda daha üç oyun olacaq

Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq

AVRO-2024: Qrup mərhələsinin II turunda daha üç oyun olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

    Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.

    Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.

    Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.

    Günün sonunda B qrupunda İspaniya - İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.

    İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

    AVRO-2024

    20 iyun

    II tur

    C qrupu

    17:00. Sloveniya - Serbiya

    Baş hakim: İştvan Kovaç (Rumıniya).

    Münhen, "Alyans Arena".

    20:00. Danimarka - İngiltərə

    Baş hakim: Artur Diaş (Portuqaliya).

    Frankfurt, "Valdştadion".

    B qrupu

    23:00. İspaniya - İtaliya

    Baş hakim: Slavko Vinçiç (Sloveniya).

    Helzenkirhen, "Feltins Arena".