XƏBƏRLƏR / İdman

"Sabah" və "Sumqayıt" klublarının da rəqibləri bəlli olub

Təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək

"Sabah" və "Sumqayıt" klublarının da rəqibləri bəlli olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub.

    II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən "Sumqayıt" "Fehervar" (Macarıstan) kollektivi ilə qarşılaşacaq.

    Samir Abasovun yetirmələri ilk oyununu evdə keçirəcək.

    "Sabah" isə İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi ilk görüşünə səfərdə çıxacaq.

    Bundan başqa, UEFA Avropa Liqasında “Şerif” – “Zirə” cütünün məğlubu Konfrans Liqasında "Dunayska Ştreda" (Slovakiya) ilə qarşılaşacaq.

    Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək.