XƏBƏRLƏR / İdman

“Real Madrid” Mbappe ilə 5 illik müqavilə imzaladı

26 yaşlı oyunçunun illik maaşı 30 milyon avro olacaq

“Real Madrid” Mbappe ilə 5 illik müqavilə imzaladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransa millisinin futbolçusu Kilian Mbappe İspaniyanın “Real Madrid” komandası ilə rəsmi müqavilə bağlayıb.

    Tibbi müayinədən uğurla keçən 26 yaşlı hücumçu 5 illik sözləşməyə imza atıb.

    Fransalı forvard “kral klubu”nun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda ictimaiyyətə təqdim olunub.

    İddiaya görə, oyunçunun illik maaşı 30 milyon avro olacaq və o, vurduğu hər qola görə bonus alacaq. Həmçinin Mbappenin sözləşməsində 1 milyard avroluq sərbəstqalma maddəsi də var.

    Qeyd edək ki, son olaraq Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappe ötən mövsüm Paris klubunun heyətində 48 oyunda iştirak edib, 44 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.