Ronaldo və "Əl-Nəsr" müqaviləni uzadacaq?
Portuqaliya millisinin üzvünün “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası Kriştianu Ronaldo ilə müqaviləni uzatmaq istəyir.
Xarici mətbuat xəbər verir ki, klub 39 yaşlı portuqaliyalı hücumçu ilə danışıqlara başlayıb. Ulduz oyunçuya 2026-cı ilin yayınadək yeni sözləşmə təklif edilib.
Ronaldo hələlik yeni müqavilə bağlamağa tələsmir, lakin Avropaya qayıtmaq və ya başqa kluba keçmək niyyətində də deyil.
Portuqaliya millisinin üzvünün “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Kriştianu Ronaldo "Əl-Nəsr" forması ilə ötən mövsüm bütün turnirlərdə 45 matçda, 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.