Gənc Nicat Abasov fransalı qrossmeyster ilə qarşılaşacaq
Kanadanın Toronto şəhərində namizədlərin şahmat turnirləri keçirilir
Kişilər arasında keçirilən turnirin 11-ci turunda azərbaycanlı qrossmeyster Nicat Abasov Alireza Firuzja (Fransa) ilə qarşılaşacaq.
Abasov bundan əvvəl İan Nepomniaxtçi (iki dəfə), Hikaru Nakamura, Alireza Firuzja, Vidit Santoş və Fabiano Karuana ilə heç-heçə edib, Karuana, Qukeş, Praqnandha və Nakamuraya uduzub.
11-ci tur cütlükləri:
Rameşbabu Praqnandha (Hindistan) – Hikaru Nakamura (ABŞ)
Vidit Santoş (Hindistan) – Yan Nepomnaşiy (FIDE)
Qukeş Dommaraju (Hindistan) – Fabiano Karuana (ABŞ)
Turnir cədvəli: Nepomniaççi, Qukeş – hərəyə 6 xal, Nakamura, Karuana, Praqnanandha – hərəyə 5,5 xal, Vidit – 5, Firuzja – 3,5, Abasov – 3.
Turnir iki turda keçirilir. Qalib dünya çempionu Dinq Lirenlə (Çin) şahmat tacı uğrunda oynayacaq.