3x3 basketbolunda Avropa Kubokunda gümüş medal qazandıq
Azərbaycan millisi final oyununda son dünya çempionu Niderland yığmasına uduzub

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən basketbolun 3x3 növü üzrə Avropa Kuboku başa çatıb.
Turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi final oyununda son dünya çempionu Niderland yığması ilə qarşılaşıb və 16:21 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) üzərində qələbə qazanmış, 1/4 finalda Polşanı (16:13), yarımfinalda isə İspaniyanı (21:17) məğlub etmişdi.