XƏBƏRLƏR / İdman

Millimiz çətinliklə məğlubiyyətdən canını qurtara bildi

Azərbaycanın futbol üzrə yığması öz meydançasında Bolqarıstan millisini qəbul edib

Millimiz çətinliklə məğlubiyyətdən canını qurtara bildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirib.

    Komandamız Bolqarıstan yığması ilə qarşılaşıb.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Azərbaycan millisi son dəqiqədə vurduğu qolla məğlubiyyətdən yaxa qurtarıb.

    “FIFA series – Edition 2024”

    25 mart

    20:00. Azərbaycan – Bolqarıstan 1:1

    Qol: Musa Qurbanlı, 87 - Filip Krastev, 59

    Baş hakim: Kristo Tohver (Estoniya)

    Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

    Qeyd edək ki, millimiz ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.