XƏBƏRLƏR / İdman

"Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib

"Qarabağ" isə səfərdə "Şamaxı"ya qalib gəlib

"Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.

    “Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.

    Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.

    "Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.

    ***

    18:55

    "Qarabağ" Misli Premyer Liqasının sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.

    Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.

    Yeganə qolu Emmanuel Addai (86) rəqibin qapısından keçirib.

    Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla lider başa vurub.  36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.

    Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.

    ***

    09:00

    Bu gün "Qarabağ" və "Neftçi" komandaları cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını keçirəcəklər.

    Sonuncu - XXXVI turda Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.

    Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.

    "Neftçi" isə “Bank Respublika Arena”da "Sabah"la üz-üzə gələcək. Görüşün start fiti saat 19:30-da səslənəcək.

    2024/2025 mövsümündə ölkə çempionluğunu rəsmiləşdirən "köhlən atlar" 86 xalla liderdir. "Sabah" 45 xalla beşinci, "Neftçi" 43 xalla altıncıdır. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.

    Misli Premyer Liqası

    IV dövrə, XXXVI tur

    24 may

    17:00. “Şamaxı” – “Qarabağ”

    Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.

    VAR: Elçin Məsiyev.

    AVAR: Pərvin Talıbov.

    Hakim-inspektor: Ömər Paşayev.

    AFFA nümayəndəsi: Elçin Mehtiyev.

    Şamaxı şəhər stadionu

    19:30. “Sabah” – “Neftçi”

    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.

    VAR: Rəvan Həmzəzadə.

    AVAR: Kamran Bayramov.

    Hakim-inspektor: İmanxan Sultani.

    AFFA nümayəndəsi: Elgiz Abbasov.

    “Bank Respublika Arena”

    Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.