Azərbaycanlı alpinist qadın Himalay zirvələrini fəth edir
Vəfa Musayeva təkcə Everest deyil, həm də Lhotse zirvəsinə qalxan ilk azərbaycanlı qadın alpinist olub

Vəfa Musayeva Azərbaycandan təkcə Everest deyil, həm də Lhotse zirvəsinə qalxan ilk qadın alpinist olub.
O, bələdçisi Lhakpa Şerpanın müşayiəti ilə qalxıb.
Milli Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı sosial şəbəkədə "Mayın 15-də Vəfa Everesti, 17-də isə Lhotse zirvəsinə qalxdı. Yol çox çətin idi, amma o, bacardı".
Qeyd edək ki, 2023-cü ildə Elmira Aslanova da Everest zirvəsinə qalxsa da, bunu Ukrayna vətəndaşı kimi bacarıb.