XƏBƏRLƏR / İdman

Bakıda minifutbol üzrə dünya çempionatı başlayır

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyn komandası ilə görüşəcək

Bakıda minifutbol üzrə dünya çempionatı başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

    İlk gündə 8 matç keçiriləcək.

    A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

    Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

    A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

    Dünya çempionatı

    Qrup mərhələsi

    I tur

    21 may

    A qrupu
    20:30. Azərbaycan - Bəhreyn
    23:00. Mavritaniya - Sloveniya

    B qrupu
    09:15. Fransa - Çad
    21:45. Rumıniya - Özbəkistan

    C qrupu
    10:30. Macarıstan - Türkiyə
    13:00. Ukrayna - İngiltərə

    D qrupu
    11:45. Bolqarıstan Portuqaliya
    14:15. Slovakiya - Hindistan

    Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.