XƏBƏRLƏR / İdman

"Qarabağ" bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq

Bu oyun UEFA Çempionlar Liqası çərçivəsindədir

"Qarabağ" bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

    Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada "Dinamo" (Zaqreb) klubunun qonağı olacaq.

    "Maksimir" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

    UEFA Çempionlar Liqası

    Pley-off mərhələsi, ilk oyun

    20 avqust

    "Qarabağ" - "Dinamo" (Xorvatiya)

    Baş hakim: Qlenn Nyuberq (İsveç).

    Zaqreb, "Maksimir" stadionu.

    Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.