Konfrans Liqasının qalibi İngiltərənin “Çelsi” klubu oldu
Rəqib "Betis" klubu ilk qol vursa da 1:4 hesabı ilə məğlub olub

Konfrans Liqasının finalı Polşanın Vrotslav şəhərində “Çelsi” və “Betis” komandaları arasında baş tutub. "Çelsi" 4-1 hesabı ilə qalib gəlib.
9-cu dəqiqədə "Betis"in yarımmüdafiəçisi Eze Abde hesabı açıb. "Çelsi"nin cavab qolunu 65-ci dəqiqədə yarımmüdafiəçi Enzo Fernandes vurub. 71-ci dəqiqədə hücumçu Nikolas Cekson "mavilər"i hesabda irəli çıxarıb. 83-cü dəqiqədə hücumçu Ceydon Sanço fərqlənib. Oyunun yekun nəticəsini 90+1-ci dəqiqədə yarımmüdafiəçi Moises Kaysedo müəyyənləşdirib - 4:1.